13 C
Baku
Friday, April 26, 2024

Ötən il ərzində turistlər arasında ən populyar ölkə məlum oldu

Fransa 2017-ci ildə turistlər arasında ən populyar ölkə olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının yaydığı (UNWTO) 2017-ci ildə beynəlxalq turist axınının yekun statistikasında bildirilir.

Təşkilatın məlumatına əsasən, 2017-ci ildə dünyada turistlərin sayı 1,323 milyard təşkil edib.

Turistlər arasında ən populyar ölkələr Fransa (86,9 milyon turist), İspaniya (81,8 milyon turist), ABŞ (79,5 milyon turist), Çin (60,7 milyon turist) və İtaliya (58,3 milyon turist) olub.

İlk onluqda hımçinin Meksika, Böyük Britaniya, Türkiyə, Almaniya və Tayland da yer alıb.

Turistlər ən çox ABŞ-da pul xərcləyib – 210 milyard dollar. İlk üçlükdə həmçinin İspaniya (68 milyard dollar) və Fransa da (60 milyard dollar) yer alıblar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər