3 C
Baku
Saturday, December 14, 2024

Ötən il 300 mindən çox insan məcburi dövlət sosial sığortası üzrə hesabatlarını elektron qaydada təqdim edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi xidmətindən ümumilikdə 314 079 istifadə sayı qeydə alınmaqla, sığortaedənlər öz hesabatlarını elektron qaydada təqdim ediblər.

Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli orqanlarında fəaliyyət göstərən “Yardım masaları”nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim edirlər. Bu xidmət sığortaedənlərlə fondun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Son xəbərlər
Digər xəbərlər