2022-ci ildə Avropa İttifaqında 376 000 saxta əskinas dövriyyədən çıxarılıb.
Bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb. Bu da 2021-ci ildəkindən 8.4% çoxdur. Ən çox saxtalaşdırılan nominallar 20 və 50 avroluq əskinaslar olub.
Bankın məlumatına görə 2021-ci ildə İttifaqa üzv ölkələrdə 347 000 ədəd saxta əskinas aşkar edilib. Bu da ittifaqın tarixində ən aşağı göstərici olub.