15 C
Baku
Friday, April 26, 2024

Ötən il Azərbaycan qazanırdısa bu il Türkiyə qazanır – Rəqəmlər açıqlandı

Azərbaycan ilə Türkiyə arasındakı xarici ticarət əlaqələri cari ilin 9 ayı ərzində 4 mlrd. 204.12 mln. dollar təşkil edib.

Banker.az-ın rəsmi rəqəmlərə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-sentyabr ayları ərzində Azərbaycanda Türkiyəyə məhsul ixracı 4 faiz azalaraq 2 mlrd. 38.03 mln dollar olub ki, bu da ümumi idxalda 8,8 faiz pay sahibliyi olması deməkdir. Ötən ilin müvafiq dövründə Türkiyəyə 2 mlrd. 256.04 mln. dollarlıq (13,1% pay sahibliyi) məhsul ixrac olunmuşdu.

Türkiyədən Azərbaycana isə məhsul ixracının həcmi, əksinə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində 35% artaraq 2 mlrd. 166.1 mlrd. dollar təşkil edib.

Bunun nəticəsi olaraq Azərbaycanın Türkiyə ilə 128 mln. dollarlıq mənfi ticarət saldosu yaranmışdır.

Bildirməliyik ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyə ilə ticarət saldomuz müsbət 654.65 mln. dollarlıq müsbət ticarət saldosu var idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər