22 C
Baku
Friday, April 19, 2024

Ötən il Azərbaycan xaricdən $153 milyonluq smartfon idxal edib

Azərbaycanda ötən il xaricdən 1 milyon 143.6 minə yaxın mobil rabitə vasitələri alıb və bu 2021-ci illə müqayisədə sayda azalma olması deməkdir.

2021-ci ildə ümumilikdə Azərbaycan 1 milyon 580.8 min ədəd mobil telefon vasitəsi almışdı.

Banker.az 2022-ci il üçün əldə etdiyi rəsmi statistikaya əsasən, Azərbaycana gətirlən mobil vasitələrin 675.8 mindən çoxu smartfonlar təşkil edib. Smartfonların idxalı isə Azərbaycana $152.97 milyona başa gəlib.

Azərbaycan hesabat ilində idxal etdiyi smartfonların 407.9 mindən (idxal dəyəri: $90.28 mln.) çoxunu Çindən, 177.76 min ədədini ($37.61 mln.) Vyetnamdan və 88.32 min ədədini ($24.71 mln.) isə Hindistandan idxal edib.

Dövlət Statistika Komitəsi 2022-ci ildən etibarən mobil telefonlar ilə smartfonları fərqli gömrük kodu ilə statistikasını təqdim etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər