2019-cu ildə xurma məhsuldarlığının göstəriciləri üzrə ilkin proqnozlar özünü doğruldub.
Bunu Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov deyib.
O bildirib ki, ötən il 200 min ton xurma yığılıb:
“Bu məhsulun 95 faizi Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və ərəb ölkələrinə ixraca yönəlib. Ən çox ixrac Rusiya və Ukraynanın payına düşüb. Bundan başqa, Azərbaycan həmin bazarlara qurudulmuş xurma ixrac edir. Hazırda qurudulmuş və yarıqurudulmuş xurma istehsalı üzrə müəssisələr Göyçay, Balakən, Ağcabədi və Gəncədə yaradılıb. Gələcəkdə bu müəssisələrin daha çox bölgədə yaradılması planlaşdırılır”.
Qeyd edək ki, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası 2017-ci ilin avqustunda sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılıb.
©Trend