Ötən il Azərbaycanda $7 mlrd.-dan çox onlayn alış-veriş edilib

2021-ci ildə Azərbaycanda elektron kommersiya platformalarında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 68% artıb.

Bunu “Azexport” internet portalının rəhbəri Ayxan Qədəşov deyib. “2021-ci ildə Azərbaycanda $7 mlrd.-dan çox onlayn alğı-satqı reallaşdırılıb. Bu, 2020-ci illə müqayisədə $3.32 mlrd. və ya 68% çoxdur”, – deyə o bildirib.

A.Qədəşov qeyd edib ki, ölkədə həmçinin bank kartlarının da sayı artıb: “2021-ci il dekabrın sonunda Azərbaycanda bank kartlarının sayı 11.04 mln. təşkil edib. Bu da öz növbəsində ölkəmizdə elektron kommersiyanın artımına xidmət edir”.

MənbəTrend
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər