14 C
Baku
Saturday, April 27, 2024

Ötən il gömrük orqanları tərəfindən 17 144 hüquqpozma faktı aşkarlanıb

2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin 2021-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında Komitə sədrinin birinci müavini  İsmayıl Hüseynov məlumat verib.

Qeyd edilib ki, hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər