13 C
Baku
Friday, May 17, 2024

Ötən il gömrük xətti ilə büdcə daxilolmaları 1 mlrd. manatdan çox artıb

2022-ci ildə gömrük xətti ilə dövlət büdcəsinə 5654.6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049.6 mln. manat və ya 22.8%, 2021-ci illə müqayisədə isə 1311.6 mln. manat və ya 30.2% çoxdur.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabat ilində, Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə gömrük rüsumları üzrə 1419.7 mln. manat köçürülüb. Bu proqnoza nisbətən 119.7 mln. manat və ya 9.2%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 214.2 mln. manat və ya 17.8% çoxdur. Əlavə dəyər vergisi üzrə büdcəyə 4003.1 mln. manat təmin edilib ki, bu da proqnoza nisbətən 918.1 mln. manat və ya 29.8%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 1072.4 mln. manat və ya 36.6% çoxdur. Aksizlər üzrə daxilolmalar isə proqnoza nisbətən 1.2 mln. manat və ya 0.7% az, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5.7 mln. manat və ya 3.5% çox, yəni 168.8 mln. manat təşkil edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər