9 C
Baku
Thursday, December 12, 2024

Ötən il haqsız rəqabətə görə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib

2023-cü ildə Azərbaycanda haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 26 sahibkarlıq subyekti qanun pozuntularını könüllü aradan qaldırıb:

“Bundan əlavə cari ilin yanvar ayının 1-dən “Dövlət satınalmaları haqqında” yeni qanunun qüvvəyə minməsi, bununla da, elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək”.

M. Abbasbəyli əlavə edib ki, 2023-cü ildə ümumi satınalmaların məbləği 7.5 milyard manatdan çox olub: “Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22.4% təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32.9% artıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər