Banker.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2018-ci ilin yanvar-noyabr aylarında idxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, tütün məmulatları, mebel və onun hissələrinin dəyəri üstünlük təşkil etmişdir.
İdxalın 53,3 %-ni avtomobil, 19,7 %-ni dəmir yolu, 18,7 %-ni hava, 5,7 %-ni dəniz nəqliyyatı ilə gətirilmiş, 2,6 %-ni isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil etmişdir.
2018-ci ilin yanvar-noyabr aylarında ölkəyə 20429 ədəd minik avtomobili, 1938 ədəd yük avtomobili, 235 ədəd avtobus idxal olunmuşdur.
Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 %-i Rusiyanın, 14,0 %-i Türkiyənin, 10,2 %-i Çinin, 5,7 %-i Almaniyanın, 4,9 %-i İsveçrənin, 4,6 %-i ABŞ-ın, 4,0 %-i Ukraynanın, 3,6 %-i İranın, 3,5 %-i Yaponiyanın, 3,0 %-i İtaliyanın, 2,4 %-i Birləşmiş Krallığın, hər biri 1,6 faiz olmaqla Fransa, Belarus, Cənubi Afrika Respublikası və Kanadanın, hər biri 1,5 faiz olmaqla Qazaxıstan və Koreyanın, 1,3 %-i Braziliyanın, 17,2 %-i isə digər ölkələrin payına düşmüşdür.
O cümlədən 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar -noyabr aylarında qara metallardan borular – 1,7 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 44,1 %, hesablama maşınları, blok və qurğuları – 14,1 %, polietilen – 28,3 %, məişət kondisionerləri – 39,4 %, paltaryuyan maşınlar – 10,4 %, qara metallardan künclüklər – 4,1 %, yük avtomobilləri – 1,9 dəfə, avtobuslar – 39,1 %, sement və sement klinkerləri – 42,1 %, məişət soyuducuları – 1,8 dəfə artmış, buğda idxalı isə 11,5 %, bitki yağları – 10,7 %, xam şəkər və şəkər – 34,3 %, kərə yağı, digər süd yağları və pastaları – 14,4 %, kartof – 9,1 %, mal əti – 12,5 %, təzə tərəvəz – 43,4 %, polad prokatı – 9,8 %, rezin şinlər – 8,6 % azalmışdır.