3 C
Baku
Saturday, December 14, 2024

Ötən il neft-qaz sektoru iqtisadi artıma 0.9 faiz bəndi azaldıcı təsir edib

2023-cü ildə neft-qaz ÜDM-i 45 milyard 343,7 milyon manata bərabər olub, bu sektorda real ifadədə 1,8% azalma qeydə alınıb, bununla da neft-qaz sektoru iqtisadi artıma 0,9 faiz bəndi azaldıcı təsir edib.

Bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, azalma neft hasilatı ilə bağlı olmuş, əmtəəlik qaz hasilatı illik ifadədə 4,2% artsa da, bu artım əmtəəlik neft hasilatının 7,6% azalmasını tam neytrallaşdırmaq üçün kifayət etməyib.

Yüksək neft-qaz qiymətləri fonunda dövlət büdcəsinin neft gəlirləri üzrə yüksək icra qeydə alınmış, neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların ödədiyi mənfəət vergisi DVX xətti ilə təmin olunan neft gəlirlərinin 71,4%-ni təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər