Ötən il Azərbaycandan xaricə 1 323 517 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
Banker.az xəbər verir ki, ixrac olunmuş elektrik enerjisinin dəyəri 59 milyon 802 min ABŞ dolları təşkil edib.
Belə ki, 2019-cu ildə xaricə 76 milyon 828 min ABŞ dolları dəyərində 1 770 642 min kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. İxrac edilmiş elektrik enerjisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 26 min (22%) ABŞ dolları və yaxud 447 125 min kVt/saat (25%) azdır.