Ötən ilin 12 ayı ərzində gömrük idxal əməliyyatlarının həcmi 14 mlrd. 539 mln. 858 min 500 dollar və ya 24 mlrd. 717 mln. 759 min 450 manat olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan dövrdə toplanmış idxal gömrük rüsumlarının həcmi 1 mlrd. 419 mln. 968 min 700 manata bərabər olduğu üçün, bu rəqəm idxal edilmiş malların ümumi gömrük dəyərinin 5,74% təşkil edir.
Bundan başqa, ötən il ölkə ərazisinə idxal edilən malların 26,3%-i “0” faiz idxal tarif dərəcəsinə cəlb olunub ki, bunun də idxal həcmində payı 3 mlrd. 830 mln. 258 min 600 dollar edib.