“Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib”.
Banker.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən “İnnovasiya açılışı -2018” adlı beynəlxalq forumda bildirib.
Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb.
“Bu, iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir” – deyə o, qeyd edib.