“2021-ci il ərzində satınalan təşkilatlardan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 12 347 yekun protokol təhlil olunub. Müsabiqədə qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 086 protokol ləğv edilib. Bu rəqəm ümumi protokolların 8.8%-ini təşkil edir. Bu cür pozuntulara hüquqi qiymətin verilməsi və ictimailəşdirilməsi istiqamətində ciddi tədbirlər görüləcək”.
Banker.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında bildirib.