16 C
Baku
Friday, May 10, 2024

Ötən il üzrə auditlərin əsas nəticələri açıqlanıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2022-ci il üzrə auditlərin əsas nəticələrini açıqlayıb.

Vüqar Gülməmmədov audit növləri üzrə yol verilmiş nöqsanları qruplaşdıraraq qeyd edib ki, başa çatdırılmış auditlərlə ümumi uyğunluqdan kənarlaşma 530.1 mln. manat, maliyyə hesabatlarında mahiyyətə təsir edən təhrif məbləği 564.5 mln. manat, uçota dair tələblərin pozulması ilə bağlı təhrif məbləği isə 233.3 mln. manat müəyyən edilib.

Uyğunluq auditlərinin 66%-də müəyyən edilmiş meyarlara uyğun olma (bəzi məsələlər istisna olmaqla), 34%-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib.

Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilmiş, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər