2023-cü ildə Azərbaycanda yeni yaşayış evlərinin istifadəyə verilməsi illik müqayisədə xeyli zəifləyib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 22 910 yaşayış evi istifadəyə verilib. Yaşayış evlərinin ümumi sahəsi 2 mln. 511 min m2 olub. Bu da illik müqayisədə Bu da mənzil sayının illik 379 ədəd və ya 1.6% az olması deməkdir. Mənzillərin kvadrat-metri isə daha çox kiçilib – 3.2%.
Buna əsas səbəb fərdi şəxslərə məxsus evlərin illik müqayisədə 2023-cü ildə 1 016 daha (9%) azalaraq 10 225 ədədə və ya 1 mln 436 min m2-a düşməsidir.
Ötən il dövlət müəssisələri tərəfindən inşa edilmiş evlərin sayı illik 67% azlaraq 2 472 minə düşdüyü halda qeyri-dövlət müəssisələri tərəfindən inşa edilmiş evlərin sayı 2.3 dəfə artaraq 10 213 ədəd olub.
Əhali tərəfindən inşa edilmiş evlər illik müqayisədə 9% azalaraq 10 225-ə düşüb.
Göstəricinin adı | Mənzillərin sayı, vahid | sahəsi, kvadrat metr cəmi |
Yaşayış evləri – cəmi | 22 910 | 2,511,217.50 |
o cümlədən: fərdi yaşayış evləri | 10 225 | 1,435,749.00 |
Yaşayış evlərinin ümumi sayından: | ||
-dövlət müəssisələri tərəfindən inşa edilmiş | 2 472 | 184,094.70 |
-qeyri-dövlət müəssisələri tərəfindən inşa edilmiş | 10 213 | 891,373.80 |
-əhali tərəfindən inşa edilmiş | 10 225 | 1,435,749.00 |