10 C
Baku
Wednesday, December 11, 2024

Ötən ili zərər edən “Azmikroinvest” BOKT-un yeni rəhbəri məlum oldu

Ötən ili zərərlə başa vuran “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin yeni rəhbəri məlum oldu.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə İradə İbrahimova Hafiz qızı təşkilatın İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki,  bundan öncə bu vəzifədə Fuad Müzəfərli Azad oğlu idi.

BOKT 2022-ci ildə 177 793 manat gəlirə qarşı 12 031 manat zərər edib. Ötən ilin sonuna təşkilatın 1 585 280 manat aktivləri olub.

Xatırladaq ki, “Azmikroinvest” BOKT MMC 2013-cü ildə təsis edilib və 448 600 manat nizamnamə kapitalı var. Kapitalının 100%-i İlqar Əhmədzadə idi.

Son xəbərlər
Digər xəbərlər