13 C
Baku
Friday, March 29, 2024

Ötən ilin sonu əmanətlərin faizləri artıb

1 dekabr tarixində depozitlər üzrə orta faiz dərəcəsi artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 noyabr tarixində depozitlər üzrə faizlərin azalmasına baxmayaraq, 1 dekabr tarixində bu faiz dərəcələrində artma müşahidə olunub. Belə ki, qeyd olunan tarix üzrə depozitlər üzrə faiz dərəcəsi manatla, 8,78%, xarici valyuta ilə isə 9,37% təşkil edib.

Bununla yanaşı, depozitlər üzrə orta faiz dərəcəsi, fiziki şəxslər üzrə manatla 9,45%, xarici valyuta ilə isə 10,02% təşkil edib. Lakin hüquqi şəxslər üzrə qoyulan depozitlərin orta faiz dərəcəsi azalaraq, manatla 5,35%, xarici valyuta ilə isə 5,95% təşkil edib.

O, cümlədən 1 aya qədər verilən depozitlər manatla artaraq, 6,56%, xarici valyuta ilə isə azalaraq 5,16% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər