®Valideynləri ən çox düşündürən məsələlərdən biri övladlarının sağlamlığı və gələcəyidir. Xüsusilə kritik xəstəliklərlə bağlı xəbərlər fonunda bir çox valideyn eyni sualı verir: “Övladımı xərçəngdən sığortalaya bilərəm?”
Azərbaycanda uşaqlar üçün nəzərdə tutulmuş həyat sığortası məhsulları vasitəsilə müəyyən kritik xəstəliklərdən övladınızı sığortalaya bilərsiniz. Bu məhsullar gözlənilməz xəstəlik hallarında ailələrə maliyyə dəstəyi göstərmək məqsədi daşıyır.
PAŞA Həyat Sığorta-nın təqdim etdiyi “Uşaqlar üçün Həyat Sığortası” məhsulu bu imkanlardan biridir. Məhsul çərçivəsində xərçəng, böyrək çatışmazlığı, iflic və əsas orqanların transplantasiyası kimi kritik xəstəliklər üzrə sığorta təminatı təqdim olunur.
Sığortanı əldə etmək olduqca sadədir. Valideyn birdəfəlik 30 AZN ödəməklə övladı üçün 3 il müddətinə 15 000 AZN məbləğində sığorta təminatı əldə edir. Məhsul 18 yaşınadək uşaqlara şamil olunur.
Ətraflı məlumat almaq və sığortanı əldə etmək üçün 942 nömrəsi ilə əlaqə saxlaya və ya rəsmi sayta keçid edə bilərsiniz: Övladınızın Gələcəyi Üçün Uşaq Sığortasına Müraciət Edin






