12 C
Baku
Tuesday, May 7, 2024

Oyanmaq zamanıdır!

Əgər səhəriniz “xeyir”-dən və gümrahlıqdan çox uzaqdırsa 10-15 dəqiqə içərisində necə oyana biləcəyiniz barədə düşünün. Zəngli saatınızı bir qədər əvvələ qurun, yaxud səhərlər lazımsız məşğuliyyətlərdən azad olun.

Gümrah olmağa doğru ilk cəhdlər:

Səhərlər yataqdan qalxmadan etməli olduğunuz ilk şey səhərin ilk rituallarını yerinə yetirməkdir. Bu əsnəmək və gərnəşməkdir.

İnsan geniş şəkildə əsnədikdə boyun və üz əzələlərini gərginləşdirən qan oksigenlə zənginləşir. Bunun nəticəsində də qan gəal şəkildə dövr etməyə başlayır və beyini belə desək, işə salır.

Bununla da, əsnəməklə qan dövranını sürətləndirmiş və yuxulu beyini az da olsa oyatmış oluruq.

Yeri gəlmişkən, bəzi yapon şirkətləri əməkdaşları işə gəldikdə onların kompüterində əsnəyən insan təsvirini işə salır və bununla onları gümrahlaşdırmağa cəhd edirlər.

Dərindən nəfəs alın:

Yataqdan qalxmadan öncə bəzi nəfəs tapşırıqları etmək olar. Bildiyiniz kimi tənəffüsün bir neçə növü var – səthi tənəffüs zamanı ağciyərlərin yuxarı hissəsi iştirak edir, dərindən  diafraqma ilə nəfəs aldıqda isə “qarın tənəffüsü” yaranır.

Arxası üstə uzanaraq ağciyərlərinizi hava ilə doldurun. Dərindən nəfəs almaq gümrahlaşmağa kömək edən cəhətlərdən biridir.

Yaxşı şeylər haqqında düşünün:

Deyilənlərə görə, zəngli saat çalan kimi birbaşa olaraq yataqdan qalxmaq lazım deyil. Bu orqanizm üçün böyük stress yaradır. Yataqdan qəfil olaraq qalxdıqda bədən “yatmaq” rejimindən “işə qaçmaq” rejiminə keçir. Qalxmadan öncə yataqda oturun və nəisə xoş bir şey haqqında düşünün.

Məlumdur ki, gün necə başlayarsa, elə də davam edəcək. Odur ki, ilk başdan özünüzü müsbətə kökləyin.

Bir stəkan su

Səhər yeməyinə başlamadan öncə bir stəkan ilıq su için. Su həzm prosesini “işə salmağa”, mədəni “oyatmağa” kömək edir. Belə olduqda, siz səhər yeməyi masası arxasına əyləşənə qədər orqanizminiz qida qəbul etməyə hazır olacaq və səhərlər bir çoxlarında olmayan iştah yaranacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər