2020-ci ilin yanvar-iyul aylarında dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda 2020-ci il avqustun 1-nə olan rəsmi göstəriciyə görə qeyri-dövlət sektorunda çalışanların əmək haqlarında ən çox artım ticarət;nəqliyyat vasitələrinin təmiri (35% illik artım) sahəsində və dövlət idarəetməsi və müdafiə; sosial təminaət sahəsində (28% illik artım) çalışanlar olub.
Əməkhaqqı azalması iki sahədə- turistlərin yerləşdirilməsi və ictimai iaşə (4% illik azalma) və peşə və elmi texniki fəaliyyət (6% illik azalma) müşahidə edilib.
Ən çox əmək haqqı alanların siyahısında isə mədənçıxarma, peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti, İnformasiya və rabitə sahələri yer tutur.