Ölkədə 10 sahə üzrə əməkhaqlar artıb, 9-u üzrə azalıb
Azərbaycanda 2019-cu il yanvarın 1-nə olan rəsmi göstəriciyə görə qeyri-deövlət sektorunda çalışanların əmək haqlarında ən çox artım təhsil (18% illik artım) sahəsində və daşınmaz əmlakda (16% illik artım) çalışanlar olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinad edir.
Ən çox əmək haqqı alanların siyahısında isə peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti İnformasiya və rabitə ən çox əmək haqqı alan sahələrdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorda çalışanların əmək haqqı ortalama 3% azalaraq 690,4 manat təşkil edib.
Ən çox əməkhaqqı azalması 15% ilə tikinti sektorunu əhatə edir.