-3 C
Baku
Sunday, December 15, 2024

Özəl sektorda əmək müqavilələrinin sayında azalma baş verməyib

Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərində gündəlik nəzarət həyata keçirilir. Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib.

Nazirlikdən verilən xəbərə görə, bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir.

Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib.

2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb.

Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib.

©APA

Son xəbərlər
Digər xəbərlər