6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda özəl sektorda işə maraq daha çox artıb, dövlətə isə azalıb

2019-cu il yanvar ayının 1-də olan statistikaya görə, xidmət sahəsində işləyənlərin 21,6 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Dövlət Statistika Komitəsindən 2019-cu il üçün verilən məlumata görə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin sayı cəmi 1 548,9 min nəfər təşkil edir. Ümumi işçilərin 883,9 min nəfəri dövlət sektorunda, 665 min nəfəri isə qeydi-dövlət sektorunda işləyir. Belə ki, bu işçilərin 57,07 % -i  dövlət sektorunda, 42,93 %-i isə qeyri-dövlət sektorunda işləyir. Ötən ilin müvafiq ayı ilə müqayisədə deyə bilərik ki, işçilərin 57,85 %-i dövlət sektorunda, 42,15 %-i isə qeyri-dövlət sektorunda çalışıb. Bu da onu göstərir ki, bu il  dövlət sektorunda çalışanların sayı azalmış, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə artmışdır.

Qeyd edə bilərik ki, 2019-cu ildə maliyyə və sığorta fəaliyyəti üzrə işləyən işçilərin ümumi sayı 25,2 min nəfərdi. Bu işçilərdən 19,04 %-i dövlət sektorunda, 80,95 %-i isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2018-ci ildə isə maliyyə və sığorta fəaliyyəti üzrə işləyən işçilərin ümumi sayı 23,7 min nəfər təşkil edir. Bildirək ki, ötən il işçilərin 18, 98 %-i dövlət sektorunda , 81,01 %-i isə qeyri-dövlət sektorunda işləyib. Ötən illə müqayisədə bu il maliyyə və sığorta fəaliyyəti üzrə işləyənlərin sayında cüzi artım müşahidə olunur.

 

Son xəbərlər
Digər xəbərlər