10 C
Baku
Wednesday, December 11, 2024

Öz evinə sahib ol

Expressbank şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsini davam etdirir. Belə ki, son aylar ərzində banka daxil olan müraciətlərin böyük əksəriyyəti müsbət cavablandırılıb və müştərilər artıq ev sahibi olmuşlar.

İpoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla 3 ildən 25 ilədək müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir. Bundan əlavə, ipoteka kreditinin məbləği, kredit verilən zaman alınacaq yaşayış sahəsinin bazar qiymətinin 70%-dən artıq olmamalıdır.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər