Hazırda işlədiyiniz iş arzularınızın işidirmi? Buna qərar verməkdə çətinlik çəkirsinizsə aşağıdakı punktları oxuyaraq nəticə çıxara bilərsiniz.
Əgər öz işinizlə məşğulsunuzsa:
- Öz arzularınızın işi ilə istənilən zaman, istənilən şəraitdə, istənilən əhval-ruhiyyəyə sahib olduqda məşğul ola bilirsiniz.
- İş prosesinə dərhal qoşula bilirsiniz və fikrinizi yayındırmaq elə də asan məsələ olmur. Sevimli iş üzərində fikri toplamaq dərin meditasiyaya bərabərdir. Ətrafınızda baş verən hər şey və zaman öz əhəmiyyətini itirir.
- Daim ixtisas dərəcənizin artmasına və yeni biliklərin əldə edilməsinə can atırsınız. Sevimli işiniz ilə bağlı olan istənilən müzakirələrdə yaxından iştirak etmək də sizə xas xüsusiyyətdir.
- Əldə etdiyiniz təcrübələri təmənnasız olaraq digər insanlarla bölüşürsünüz. Bu məlumatları rahatlıqla əldə etdiyinizə görə, onları digər insanlarla da rahatlıqla bölüşməyə hazırsınız. Başqalarının sizdən əldə etdiyi məlumatlarla sizdən daha yaxşı olacağı fikri sizi qətiyyən narahat etmir.
- Bütün yeniliklərə açıqsınız. Sevimli işinizin verdiyi enerjini əyləncəli işlərə sərf etməyə daim hazırsınız. Yeni tanışlıqlara, səyahətlərə və sınaqlara hazırsınız.
- Pul sizin üçün həlledici amil rolunu oynamır. Əgər arzularınızın işi ilə məşğulsunuzsa buna pulunuzun əhəmiyyətli hissəsini xərcləməyə hazırsınız. Və bir müddət keçdikdən sonra sevimli iş elə həmin rahatlıqla da sizə çoxlu pul qazandırır.
- Müşahidələrinizə əsasən, arzuladığınız hadisələr özlüyündə həyata keçməyə başalyır və sizə yalnızca kənardan tamaşa etmək qalır.
Əgər yuxarıda sadalanan hər bir fikir ilə razısınızsa, bilin ki, Siz “öz işinizlə məşğulsunuz!”