10 C
Baku
Friday, October 25, 2024

Öz maşınına “satılır” yazanlar nə zaman cərimələnə bilər? – Ekspertdən şərh

“Bu gün belə bir məlumat yayılıb ki, avtomobillər üzərində “Satılır” sözü yazanlar nəqliyyat vasitəsində qanunsuz reklam yaymaya görə cərimələnəcəklər. Amma bu heç də həmişə belə ola bilməz”. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, “Reklam haqqında” qanun fərq qoymadan “reklam” ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır:”Ona görə də hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır (Qanunun 1.2-ci maddəsində göstərilib). Peşəkar olaraq avtomobil alveri ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu artıq kommersiya xarakterli reklamdır”.

Digər tərəfdən, satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz.

Bununla belə, ekspert sürücüləri diqqətli olmağa çağırıb. Belə ki, Dövlət Yol Polisi bu məsələyə də diqqəti artırmağa başlayıb və artıq rəsmi məlumat da verilib.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər