Victor Biaka–Boda – hüquqşünas, təbib, Fransa senatında Kot-D’İvuarlı nümayəndə, həmçinin dünyada öz seçiciləri tərəfindən yeyilmiş yeganə siyasətçidir.
1950-ci ilin yanvar ayında növbəti seçkilər yaxınlaşdıqda o yeni seçki kampaniyasına başlamaq məqsədilə vətəninə qayıdır. Bir yaşayış məntəqəsindən digərinə gedən yolda onun olduğu avtomobil xarab olur. Sürücü avtomobili qaydasına salmağa çalışdığı zaman ərzində qəhrəmanımız gəzərək cəngəlliyin içərilərinə doğru gedir. O zamandan etibarən onu görən olmur. O yoxa çıxdıqdan bir müddət sonra həmin ərazidən bir qədər aralıda onun əşyaları və böyük “səliqə” ilə sındırılmış sümükləri aşkar edilir. Bu hadisədən iki il keçdikdən sonra rəsmi tədqiqatın gəldiyi nəticəyə görə namizəd yerli seçicilər sırasına daxil olan hanniballar tərəfindən yeyilib.