26 C
Baku
Saturday, April 20, 2024

Özbəkistan aviaşirkəti Azərbaycana uçuşları bərpa edəcək

“Özbəkistan Hava Yolları” Azərbaycana uçuşları bərpa edəcək.

Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verilib.

“Azərbaycan və Özbəkistan arasında müntəzəm birbaşa aviareyslər bərpa edilir. “Özbəkistan Hava Yolları” aviaşirkəti koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış Bakı və Daşkənd aviareyslərini martın 8-dən bərpa etməyi planlaşdırır”, – mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Daşkənd hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.

Bu reyslər üçün bilet satışı “Uzbekistan Airways”in saytından həyata keçirilir. Biletləri aviaşirkətin akkreditə olunmuş agentlikləri və Azərbaycandakı nümayəndəliyindən də əldə etmək olar.

Pandemiya dövründə bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından yerinə yetiriləcək. Yalnız mövcud epidemioloji məhdudiyyətlər altında uçuşa icazə verilən kateqoriyadan olan sərnişinlərə səyahət izni veriləcək.

 

 

Mənbətrend.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər