16 C
Baku
Thursday, April 25, 2024

Özbəkistan bankları “Mir” kartlarına xidmətin bərpası üzrə işə başlayıb

Özbəkistanın bankları “Mir” kartlarına xidmətin bərpası üzərində işləyirlər, bu barədə Özbəkistan Mərkəzi Bankının İdarə Heyətinin sədri Mamarizo Nurmuratov bildirib.

“Banklarımız bu məsələdən əl çəkmir. İmkan olduqca “Mir” kartlarına xidməti bərpa etmək üçün əllərindən gələni edirlər”, – deyə Nurmatov söyləyib. Onun sözlərinə görə, xidmətin bərpası haqqında danışmaq hələ tezdir.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Sentyabrın 23-də Özbəkistanın “Uzcard” adlı banklararası ödəniş sisteminin mətbuat xidməti texniki səbəblərə görə “Mir” kartlarının qəbulunun dayandırıldığını elan edib. Lakin texniki işlər nə vaxt bitəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, hazırda “Mir” kartları yalnız Cənubi Koreya, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Ermənistan, Cənubi Osetiya və Abxaziyada qəbul edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər