23 C
Baku
Friday, April 19, 2024

Özbəkistan Prezidenti Putini ordenlə təltif edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən Rusiya Prezidenti Vladimir Putin “Oli darajali Dustlik” (Ali Dərəcəli Dostluq) ordeni ilə təltif edilib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov oktyabrın 6-da bildirib.

O, fərmanından sitat gətirərək deyib ki, iki ölkə xalqları arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük şəxsi töhfəsinə görə, eləcə də 70 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin Ali Dərəcəli Dostluq ordeni ilə təltif edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər