6 C
Baku
Monday, December 16, 2024

Özbəkistan tekstil sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Daşkənddə fəaliyyət göstərən “Global textile” müəssisəsində olan Azərbaycan nümayəndə heyəti “Uztekstilprom” Assosiasiyasının sədri İlxom Haydarovla və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoqun və investorlar arasında əlaqələrin gücləndirilməsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib, tekstil sənayesində əlaqələrin inkişafı, rəqabətqabiliyyətli təbii ipək məhsullarının istehsalı və satışının genişləndirilməsi üzrə əməkdaşlıq, təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Həmçinin,Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşdə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu qeyd edib. Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirən Cəmşid Xocayev biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılması, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi, birgə investisiya fondunun yaradılması, eləcə də Daşkənddə Azərbaycan və Özbəkistan regionları arasında birinci forumun və yerli məhsulların nümayiş etdiriləcəyi sərginin təşkili barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Digər xəbərlər