10 C
Baku
Friday, December 13, 2024

Özbəkistanda İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb

Özbəkistanda İqtisadiyyat Nazirliyinin bazasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Sənəddə deyilir ki, nazirlik Özbəkistanın sosial-iqtisadi, sənaye həmçinin investisiya strategiyası sahəsində dövlət siyasətini həyata keçirəcək.

Yeni strukturun vəzifələrinə makroiqtisadi indikatorların təhlili və proqnozlaşdırılması, iqtisadiyyat bazar mexanizmləri vasitəsilə idarəetmə sahəsində təkliflərin araşdırılması, iqtisadiyyatın əsas sahələrinin inkişaf strategiyasının formalaşdırılması və digər vəzifələr daxildir.

“UZAVTOSANOAT” şirkətinin sabiq rəhbəri Umidjan Salimov iqtisadiyyat və sənaye nazirinin müavini təyin olunub.

Son xəbərlər
Digər xəbərlər