17 C
Baku
Monday, April 29, 2024

Özbəkistanda “Mir” kartlarının xidməti dayandırılıb

Özbəkistanın UZCARD prosessinq mərkəzi bildirib ki, sentyabrın 23-dən “Mir” kartının xidməti texniki səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Kartların xidmətinin bərpa olunma tarixi göstərilmir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Vahid Respublika Prosessinq Mərkəzi bildirir ki, UZCARD ödəniş sisteminin iştirakçısı tərəfindən zəruri texniki prosedurların aparılması ilə əlaqədar 23 sentyabr 2022-ci il saat 09:00-dan etibarən “Mir” kartlarının infrastrukturunda xidmətini dayandırır”, – ödəniş sisteminin saytında deyilir.

Eyni zamanda, UZCARD-Mir nişanlı kartlar Özbəkistan ərazisində adi rejimdə işləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər