10 C
Baku
Friday, December 13, 2024

Özbəkistanda polimer materiallardan hazırlanan paketlərin pulsuz verilməsi qadağan edilib

2019-cu il yanvarın 1-dən Özbəkistanda polimer materiallardan hazırlanan paketlərin pulsuz verilməsi qadağan edilib.

Banker.az Azərtac-ın Özbəkistan üzrə müxbirinə istinadla xəbər verir ki, qulpu olmayan, dənəvər və buna bərabər tutulan məhsullar üçün nəzərdə tutulan kiçik ölçülü paketlər istisna təşkil edir.

Bildirilir ki, paketləri pulsuz verən mağazalar cərimələnəcək.

Paketlərin ödənişli olması barədə qərar ekologiyanın və ətraf mühitin qorunması məqsədilə qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər