Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirəsi nəzərdə tutulur.
Bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransında deyib.
O bildirib ki, dekabr ayının 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq:
“Keçiriləcək görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yolları rəsmiləri iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xəttindən istifadə oluna bilər”.
©Oxu.az