Özbəkistanla Qırğızıstan Əndican su anbarının ehtiyatlarının birgə idarə olunmasına dair saziş imzalayıb.
Məlumatı “Kun.uz” yayıb.
Bildirilib ki, Özbəkistanın xarici işlər naziri Vladimir Norovla Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev arasında keçirilən görüşdə bir sıra mühüm sənədlərlə yanaşı, Özbəkistan-Qırğızıstan dövlət sərhədinin bəzi hissələri və Əndican (Kampirabad) su anbarı su ehtiyatlarının birgə idarə olunması haqqında saziş imzalanıb.
Bundan başqa, Özbəkistanın Su Təsərrüfatı Nazirliyi ilə Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi yanında Su Təsərrüfatı Xidməti arasında əməkdaşlıq haqqında sazişin imzalandığı bildirilib.
Görüş zamanı Prezident Şavkat Mirziyoyevin Qırğızıstana dövlət səfərinə hazırlıq məsələsi də müzakirə olunub.
Qeyd edək ki, Əndican su anbarının birgə istifadəsinə dair müzakirələr 1983-cü ildən aparılır. Həmin dövrdə su anbarı Kampir Ravat adlanırdı.