Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması barədə razılıq əldə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.
“Bu hədəfə çatmaq yalnız ticarət deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. Bu istiqamətdə bir sıra addımlar atılır”, – deyə nazir əlavə edib.