9 C
Baku
Wednesday, November 27, 2024

Özlərini Dövlət Xidmətinin vəzifəli şəxslərinin qohumları kimi təqdim edib 146 min manatı ələ keçiriblər – Cinayət işi açıldı

Torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması adı ilə vətəndaşların pulunu ələ keçirən şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Banker.az-a Baş Prokurorluqdan bildirilir.

İstintaqla Kənan QurbanovNаtiq Qurbаnоvun özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərilə yaxın əlaqələri olan şəxslər kimi göstərərək torpaq sahələrinin özəlləşdirilməsi və daşınmaz əmlaka dair saxta sənədlərin təqdim edilməsi yolu ilə ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 146 min manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) və digər maddələri ilə ittiham elan edilməklə Kənan Qurbanov barəsində məhkəmənin qərarı ilə həbs, Natiq Qurbanov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər