10 C
Baku
Thursday, December 12, 2024

“Özsüt” restoranı cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 3-də ölkə üzrə 401 ictimai iaşə obyektində 723 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, H. Rzayeva küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus “Nest” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, M. Hüseyn küç., ev 94 ünvanında yerləşən, fiziki şəxs İsgəndərli Elxan Habil oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., 830/83-ci məhəllə, Gənclik Mall TM-də yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı;

4. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 39C, məhəllə 2518 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Cəmil Yaşar oğluna məxsus “Üzüm” çay evi;

5. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 135 ünvanında yerləşən, fiziki şəxs Eyyubova Türkanə Firudin qızına məxsus “Coffe 9 Bar” restoranı;

6. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç., ev 376 ünvanında yerləşən, fiziki şəxs Qədiyev Anar Elşad oğluna məxsus kafe;

7. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Nüsrət Camal oğluna məxsus “Pizza Line” kafesi;

8. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Bəxtiyar Mirzə oğluna məxsus “Şüşəli” restoranı.

Son xəbərlər
Digər xəbərlər