15 C
Baku
Saturday, April 20, 2024

Özü-özünə resurs: Dahi olduğunuz sahəni necə müəyyən etmək olar

Hər birimizin sosial rolu və istedadı var. Dahi olduğunuz sahəni nə qədər yaxşı bilsəniz, həyatın hər sahəsində bir o qədər uğurlu olacaqsınız. 

Ən çox hansı rolları oynayırıq? Ailədə bu həyat yoldaşı, ata, ana, uşaq və s. ola bilər. Peşəkar sahədə – mütəxəssis, menecer, sahibkar. İctimai həyatda – könüllü, deputat, starosta və digərləri. Biz bu rolların hər birində özümüzü fərqli cəhətlərlə göstəririk. Lakin buna baxmayaraq, “dahi” olduğumuz sahədə müqayisədə çox səmərəli oluruq. 

Bir çox insan “özəlliyini” və “unikal üstünlüklərini” bilmir – necə istəyirsiniz elə adlandırın. Buna görə də istedadları məqsədyönlü şəkildə araşdırmaq və tədqiq etmək lazımdır. 

Bunun üçün dinləməyi və eşitməyi bacaran tərəfdaşa ehtiyacınız olacaq. Əgər o, psixoloq və ya kouç olsa ideal nəticə əldə edə bilərsiniz. Lakin dostlarınız arasında özünü inkişaf sahəsində bilikli olanlar varsa, onda aşağıda təsvir olunan məşqləri edə bilərsiniz. Bu, cəmi 30-60 dəqiqə vaxtınızı alacaq. 

Mərhələ 1 : Hazırlıq

person5

Tərəfdaş sizə aşağıdakı sualları verir:

– Mentor olaraq üstün cəhətləriniz hansılardır?

– Nələrdən zövq alırısınız?

– İnsanlar bir mentor olaraq sizdə hansı keyfiyyətləri axtarırlar?

– Mentorluq sizi nə üçün cəlb etdi?

– Mentorun bütün vəzifələrindən hansıları seçərdiniz?

Çalışın bütün suallara səmimi və ətraflı cavab verəsiniz. 

Mərhələ 2: Vizuallaşdırma

Maksimum dərəcədə rahat olmağa çalışın və gözlərinizi yumun. Tərəfdaşınız sakit ton ilə asta-asta sizə aşağıdakı mətni oxuyur:

“Özünüzü Alp çəmənlikləri arasında dağlarda xəyal edin. Başınızın üstündə mavi səma var. Günəş parlayır. 

Aşağıda kiçik şəhərcik görünür və siz yavaş-yavaş bu şəhərciyə doğru düşməyə başlayırsınız. Təmiz havanı nəfəsinizə çəkərək gəzməkdən zövq alırsınız. 

person55

Qarşıda böyük və gözəl bir ev görürsünüz. Qapının zəngini çalaraq içəri girirsiniz. Otaqlardan biri diqqətinizi çəkir – o, qırmızı rəngdədir. Otağın qapısını açırsınız və mətbəxdə olduğunuzu başa düşürsünüz. 

Otağın mərkəzində stol, üstündə isə meyvə ilə dolu qab var. Əlinizi  meyvəyə uzadırsınız və qəfildən diqqətinizi küncdəki səs-küy cəlb edir. Dönüb orada böyük bir qutu görürsünüz. Yaxınlaşırsınız və açırsınız. Və təəccüblüdür ki, zürafə balasını görürsünüz. O, sakitcə nəsə deyir və siz onun nə dediyini eşitmək üçün əyilirsiniz. Sonra özünüzü kiçik və boş bir otaqda olduğunuzu görürsünüz. Orada nəsə və ya kimsə var. Diqqətlə düşünün ki, sonra gördüyünüzün təsvirini yarada biləsiniz. 

Vizuallaşdırma məşqi tamamlandı. Bir neçə dəfə dərin nəfəs alın və hazır olduqda gözlərinizi açın. 

Mərhələ 3: Nəticə

person56Tərəfdaşınız sizə aşağıdakı sualları verir:

– Gördüklərinizi necə başa düşə və ya şərh edə bilərsiniz?

– Məşqin birinci yarısında ilk olaraq diqqətinizi nə çəkdi?

– Mentor olaraq əsas hədəfinizi düşünün. Nə hiss edirsiniz?

– Bu hissdən çıxış edərək, dahiliyinizi necə təsvir edə bilərsiniz?

Axtarışınızda uğurlar!

Son xəbərlər
Digər xəbərlər