11 C
Baku
Wednesday, December 11, 2024

Özünə əminliyin gücü

Özünə əminlik karyera, biznes və şəxsi həyatda uğura nail olmaq üçün vacib faktorlardan biridir. Siz ali təhsil almaq, bazara yeni məhsul çıxarmaq və yaxud uzaq ölkələrə səfərə çıxmaq istədikdə mütləq elə insanlar tapılacaq ki, sizi fikrinizdən daşındırmağa çalışacaqlar. Sizə boşa zaman xərcləyəcəyinizi uzun-uzadı başa salmağa cəhd edəcəklər. Lakin onların heç birini dinləməyin.

Nigahınızın uğurlu olmasını istəyirsinizsə yalnız xoşbəxt cütlüklərlə ünsiyyət qurun. Mütəmadi olaraq dava edən evli cütlüklərdən uzaq durmağa çalışın.

İnsanlardan eşitdiyiniz sözlər sizin üçün az əhəmiyyət daşımalıdır. Sizin üçün mühüm əhəmiyyəti yalnız beyninizin içində olanlar daşımalıdırlar. Sizə “məsləhət” verənlərə isə əziyyətləri üçün minnətdarlıq edin, lakin yenə də öz doğru bildiyinizi edin. Heç kim düşdüyünüz vəziyyətə özünüzdən daha yaxın deyil.

Yadda saxlayın ki, siz öz həyatınızın həm təsisçisi, həm redaktoru, həm də oxuyucususunuz.

Daha bir həyatio həqiqəti yadda saxlayın: başqa insanlar haqqında düşündüyünüz və dedikləriniz zamanla birbaşa sizinlə bağlı olacaq.

Boksçu Cin Tanni yuxarıda dediklərimiz praktikada sübut edir. “Əsrin döyüşü” başlamamışdan öncə bütün mətbuat Cek Dempsinin qələbə qazanacağını təxmin edirdi. Tanni qəzet müxbirlərinə öz məşq düşərgəsinə gəlməyi qadağan etmişdi. O məğlubedilməz Dempsi ilə rinqə çıxanda onun ağlında nə qorxu, nə şübhə var idi. O ağır çəkidə dünya çempionu oldu və döyüş məğlubedilməz boksçunun pərəstişkarlarını dərin təəssüf hislərinə qərq etdi.

Bu hadisədən nümunə götürərək öz gücünüzə olan inamınızı bərpa edin. Unutmayın ki, öz gücünüz, inamınız ilə öhdəsindən gələ bilməyəcəyiniz çətinlik yoxdur.

Son xəbərlər
Digər xəbərlər