-1 C
Baku
Saturday, December 14, 2024

Özünəinam insana sosial pilləkənlərdə irəliləməyə kömək edir

Amerikalı alimlər müəyyən etmişlər ki, əlavə özünəinamın olması insanlara yüksək sosial statusa çatmağa kömək edir. Eksperimentin gedişində mütəxəssislər müəyyən ediblər ki, daha az bacarığı olan, lakin özünə daha yüksək inam səviyyəsi ilə fərqlənən şəxsiyyətlər adətən öz sosial qruplarında daha yüksək vəzifə tuturlar.

İnsanın nə ilə məşğul olmasından asılı olmayaraq, ifrat dərəcədə özünə arxayınlıq onun fəaliyyətinə zərərli təsir göstərir, bu ətrafdakı insanların onu çox mənfi tərəfdən qavramasına gətirib çıxarır. Amma buna rəğmən, özünəinam bu gün kifayət qədər tez-tez rast gəlinən bir təzahürdür.
Bundan öncə aparılan sorğunun nəticəsinə əsasən, ABŞ-ın ali təhsil müəssisələrinin professorları əmindirlər ki, onların yerinə yetirdiyi işin həcmi orta statistik göstəricini üstələyir, amma statistik baxımdan bu mümkün deyil.

Kaliforniya Universitetinin Xaasa adına Biznes məktəbinin professoru Kemeron Anderson və onun həmkarları indi sübut ediblər ki, özünə əminlik sosial statusun yüksəlməsinə  çox müsbət təsir göstərir və dəstək verir.

«Özünü digərlərindən yaxşı hiss hesab edən insanlar, hətta bu fakt gerçəklik ilə üst-üstə düşməsə də, sosial pilləkənlərdə daha sürətlə ucalırlar», — cənab Anderson qeyd etmişdir.

Mütəxəssislər özünəinamın səbəbini anlamağa icazə verən beş eksperiment keçirmişlər, bu özünəinamın sosial pillələrdə irəliləməyə necə kömək etdiyini öyrənmək imkanı vermişdir.

Təcrübələrdən biri 242 tələbə arasında aparılmış anket sorğusu idi. Onlara özündə tarixi yerləri, ədəbiyyat və  incəsənət əsərlərini əhatə edən siyahı paylayırlar. Real şəxs və yer adlar ilə yanaşı alimlər bu siyahıya uydurulmuş görkəmli şəxslərin, tarixi yerlərin və sənətkarlıq əsərlərinin də adını daxil etmişlər.

Mütəxəssislər hesab edirlər ki, uydurulmuş şəxsləri həqiqi şəxs kimi qəbul edənlərin əksəriyyəti  həddindən çox özünə güvənən insanlardır, bu tələbələr özlərini həqiqətdə olduğundan daha çox məlumatlı hesab edirlər, əslində isə belə deyil.

Eksperimentin ikinci hissəsi isə tələbələr arasında  semestrin sonunda həyata keçirilən sorğudan ibarət idi. Bu daha çox özünəinamı olan tələbələrin öz həm yaşıdlarını və qrup yoldaşları arasında daha yüksək sosial statusa nail olduğunu göstərir.

Psixologiya elmlər namizədi, M.A.Şoloxova  adına Dövlət Humanitar Universitetinin professoru Marina Rozenova deyir ki, özünəinamlı davranış insana həmişə müəyyən xeyir verir və qələbə gətirir.

Belə insanlar daha enerjilidir, onlar cəsarətlə, maneələrə baxmayaraq irəli gedir. Amma özünə arxayınlıq və özünəinamın fərqli tərəfləri ondadır ki, özünə arxayınlıq ətrafdakı insanlar ilə münasibətlərin pozulmasına gətirib çıxarır, insan neqativ əməllər edir. Onun sosial qarşılıqlı təsir prosesi korlanır, eyni zamanda özünə arxayın insanlarda səmərəlilik ona görə çoxdur ki, onlar qəti addımlar atır, bir yerdə dayanmırlar – xanım Rozenova qeyd edir.

Daha bir mütəxəssis isə qeyd edir ki, özünəinam daxili və zahiri ola bilər: İnsan daxilən özünə inamlı olanda onda o, dözümlü, sakit olur, öz fikirlərinin və hərəkətlərinin qüvvəsinə bələd olur. Bəzən inamlılıq göstərmək xətrinə olur. Onda insan qətiyyətlə hərəkət edir, hətta onun davranışında bir həyasızlıq hiss olunur, onun enerjisi qıcıqlandırıcı olur, hərəkətlərində isterika sezilir. Əksər hallarda bu blefə və qurma oyuna bənzəyir. Adətən lider o insanlar olur ki, onlar birinci dərəcəli məsələlərin çətinlik dərəcəsini analiz etmədən, məsuliyyəti öz üzərilərinə götürürlər. Belə insanlar üçün sosial status özlərini əhəmiyyətli hiss etmək üçün vacibdir, bununla olar həmdə özünüqiymətləndirməni  təsdiq etmiş olurlar.

Son xəbərlər
Digər xəbərlər