-3 C
Baku
Sunday, December 15, 2024

Özünü-qiymətləndirmənin növləri

İnsanın davranışı, özünə, ətraf mühitə və insanlara münasibəti ilk növbədə onun özünü-qiymətləndirməsini müəyyən edir. Özünü qiymətləndirmə normal, yüksək və alçaq ola bilər. İnsanın özünə necə münasibət bəslədiyini başa düşməklə, onunla ünsiyyətdən nələri gözləməyin mümkün olduğunu təyin etmək olar.

Normal özünü-qiymətləndirmə. Normal həddə özünü-qiymətləndirməyə sahib insanlar adətən həyatda uğur qazanırlar. O özünə və ətrafdakılara pozitiv yanaşır. Bu insanla ünsiyyət qurmaq çox xoşdur. Çünki o həm özünə, həm də müsahibinə hörmət edir. Bu insan ünsiyyəti elə formada qurur ki, ətrafdakı insanlar özünü onunla bərabər səviyyədə hiss etsin.

Yüksək özünü-qiymətləndirmə. Yüksək özünü-qiymətləndirməyə sahib insanlar qəlbinin dərinliyində özündən narazı olan insanlardır. O olduğundan daha yaxşı görünməyə çalışır və buna görə də o hərkəsə meydan oxuyur, özünü aqressiv və yaxud təkəbbürlü aparır. O daim öz nailiyyətlərini xatırladır, özünü öyür və bununla yanaşı digərlərini də alçaldır. Belə insanlar bütün dünyaya sübut etməyə çalışırlar ki, hər kəs yanlış, özləri isə yaxşı və haqlıdırlar. Bu xüsusiyyətlərə sahib insanlar tənqidlərə qarşı da həssadırlar və tənqidi kifayət qədər aqressiv qarşılayırlar.

Alçaq özünü-qiymətləndirmə: Alçaq özünü-qiymətləndirməyə sahib insanlar həmişə belə hiss edirlər ki, digər insanlar onlardan daha yaxşı, ağıllı, istedadlı, gözəl və xoşbəxtdirlər. Bununla yanaşı, o özünü zəif, köməksiz hiss edir və özünü və həyatını dəyişmək üçün heç bir vasitə görmür. Belə insanlar sakit, utancaq olur və hər şeydən kölgədə qalaraq qərarsızlıq nümayiş etdirirlər. Onlar tənqidlərə çox kövrək yanaşır və bəzən göz yaşı belə axıdırlar, bütün bunlarda özlərini günahkar bilirlər. Onlara hər şeydən çox tərif və komplimentə ehtiyac duyurlar. Onlara yaxşı, etibarlı insan olduqlarını və sizin ona yaxşı münasibət bəslədiyinizi deyin və onlar sizin ən sədaqətli dostunuza çevriləcək.

Bəzən elə olur ki, alçaq özünü-qiymətləndirmə əsl xəstəliyə çevrilir və insanı depressiyaya qədər sürükləyir. Bu “xəstəlik”dən yalnız xeyirxahlıq, sevgi və digərlərinin saf kömək hissi ilə qurtulmaq olar. Əgər məsələ çox ciddi xarakter alıbsa kömək üçün psixoloq və psixoterapevtə müraciət edin.

Son xəbərlər
Digər xəbərlər