6 C
Baku
Saturday, December 14, 2024

Pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6% üstələyərək 5,5 milyard manata bərabər olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən bildirir.

Məlumatda deyilir ki, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Onların dəyəri ötən ilin eyni dövründə nisbətən real ifadədə müvafiq olaraq 2,3% və 3% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Onu da qeyd edək ki, 2 ay ərzində istehlak məhsullarının dəyər ifadəsində 19,2%-i ticarət müəssisələri, 49,6%-i fərdi sahibkarlar tərəfindən, 31,2%-i isə bazar və yarmarkalarda satılıb. Belə ki, illik müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1% artıb, fərdi sahibkarlar üzrə 1,4%, bazar və yarmarkalarda 3,6% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər
Digər xəbərlər