Bəzi iş adamları ehtiyat edir ki, marketinq həddindən artıq bahalıdır, digərləri isə buna ayırmağa vaxt tapa bilmir. Əgər kim olduğunuzu və nə satdığınızı elan etməsəniz, onda sizdən necə xəbər tutacaqlar? Budur, sizə pərakəndə biznes üçün 40 ideya təqdim edirik
1. Öz müştəriləriniz üçün sizin dükanın adının və onun ünvanının yerləşdiyi təqvim yaradın.
2. Öz vizit kartınızın arxa hissəsinə təqdim etdiyiniz məhsullar və ya xidmətlər haqqında qısa informasiya yerləşdirin.
3. Həmişə özünüzlə vizit kart götürün və onları sizin auditoriyanın əlinə keçə biləcək yerdə yerləşdirin.
4. Hər hansı bir ticarət assosiasiyasında və ya sizin sektor ilə əlaqəsi olan təşkilatı birlikdə qeydiyyatdan keçirin.
5. Hədiyyə sertifikatları hazırlayın və onların təltifi zamanı xüsusi sorğulardan istifadə edin ki, müştəriləriniz haqqında informasiya toplaya biləsiniz.
6. Öz dükanınızın məhsulları və xidmətləri əks olunmuş kitabçalar, bukletlər hazırlayın.
7. Öz sahəmizə aid olan seminarlarda mütəmadi iştirak edin.
8. Öz biznesinizin sloqanı, göndərdiyiniz məktubların blankında, faks formalarında, elektron məktublarda, qaimə və hesab-fakturalarda da çap edin.
9. Öz xidmət və məhsullarınız üçün veb-sayt hazırlayın. Yadda qalan bir veb-ünvan seçin və onu marketinq materiallarına daxil edin.
10. Öz nəşrlərinizdə və saytınızda müştərilərin rəyini öyrənmək üçün imkanlar yaradın, rəylər bölməsini aktiv edin, daima feed-backləri izləyin.
11. Öz biznesinizin aid olduğu sahə ilə bağlı mütəxəssis qismində məqalələr və tövsiyələr yazın.
12. Məqalələri yerli qəzet, jurnal və ticarət nəşrlərinə göndərin.
13. İşdən kənar vaxtlarda öz əməkdaşlarınız, onların yaxınları və qohumları üçün görüşlər təşkil edin.
14. Öz əməkdaşlarınızı kompaniyanın loqotipləri olan pulsuz geyimlər ilə təchiz edin.
15. Diqqətə və hörmətə layiq olan nailiyyətləriniz haqqında press-relizlər göndərin, belə ki, bu olduqca vacibdir.
16. İllik bir mükafat təchiz edin və bu informasiyanı nəşr edin.
17. Öz ixtisaslaşma sahənizə uyğun TV-şou tərtib edin və onu yerli bir kanalda və ya ictimai radiostansiyada təqdim edin.
18. Press-kitlər yaradın ( kompaniyanın məhsul və xidmətləri ilə bağlı video, audio çarxlar və çap materialları komplekti)
19. Avtomatik telefon cavablayıcı və ya səsli mesaj xidməti yaradın, bu sistemə əsas informasiyanı daxil edin: iş vaxtı, kompaniyanın ünvanı, veb-sayt və s.
20. Oxşar biznes sahibləri illə ünsiyyətə girə biləcəyiniz ticarət palatasına üzv olun.
21. Pulsuz 8-800…. Telefon nömrəsi əldə edin.
22. Görkəmli şəhər xadimlərini və məşhur mətbuat nümayəndələrini qonaq dəvət edin.
23. Öz hədəf auditoriyanızın oxucuları üçün elanlar dərc edin.
24. Öz loqotipləriniz olan suvenirlər paylayın: qələmlər, fincanlar, flash-kartlar, bloknotlar və s.
25. İctimai yerlədə reklamlar yerləşdirin: skameykalar, avtobuslar, məşhur veb-saytlar.
26. Öz lövhələrinizi təkmilləşdirin (vizuallaşdırma)
27. Sərgidə siz də iştirak edin və öz stendinizi yaradın
28. Orta məktəblərin karyera günlərində iştirak edin
29. Müxtəlif tədbirlərə sponsorluq edin
30. Xeyriyyə və qeyri-kommersiya təşkilatlarına zaman ayırın
31. Öz məhsulunuzu xeyriyyə aksiyasında təqdim edin
32. Sizin və əlaqədar olduğunuz sahənizə həsr olunmuş jurnallarda sizin haqqınızda da məqalə dərc olunsun
33. Mövcud müştərilər üçün loyallıq proqramı yaradın
34. Öz müştəriləriniz üçün xüsusi təkliflər, məsləhətlər və digər mövcud məlumatların əks olunduğu bülleten çap etdirin
35. Ən uyğun zamanlarda vacib müştərilərə əl yazısı ilə yazılmış təşəkkür məktubları göndərin
36. Poçt reklamlar göndərdiyiniz zaman parlaq rəngli zərflərdən istifadə edin
37. Mağazada quraşdırdığınız televizorda məhsullarınızı nümayiş etdirin
38. Mağazanızdakı tədbirlərə məşhur qonaqlar dəvət edin və bunu televiziya xəbərlərində geniş işıqlandırın
39. Mağazanızdan uzaq yerlərdə sərgi vitrinləri yaradın, bunlara hava limanı, xəstəxanalar, böyük ofis binaları və s. göstərmək olar.
40. Rəqib olmayan biznes əməkdaşlarınız ilə birləşin və birgə paket təklifi yaradın.