10 C
Baku
Thursday, December 12, 2024

Pərviz Heydərov: “Neftin sürpriz ucuzlaşmasından manatın məzənnəsinin nisbətən buraxılması ilə sığortalanmaq olar”

“2016-cı ilin dövlət büdcəsi proqnozları kifayət qədər real əsaslara söykənməkdədir. Lakin neftin qiymətinin sürpriz ucuzlaşmasından prinsipcə, manatın məzənnəsinin nisbətən buraxılması ilə sığortalanmaq olar”.

Banker.az Salamnews-a istinadən xəbər verir.

Bu fikirləri  iqtisadçı ekspert Pərviz Heydərov neftin qiymətinin aşağı düşməsinin Azərbaycana mümkün təsirlərindən danışarkən səsləndirib.

O bildirib ki, ancaq, kəskin ucuzlaşmaya və yaxud sərbəst üzən məzənnəyə keçmək kimi addımlar atmaq istəyinin də reallaşmasına qətiyyən yol vermək olmaz: “Bunu çıxış yolu olaraq düşünmək özü belə, yanlış ideya xarakteri daşıyacaq. Ümumiyyətlə, əsas məqsəd iqtisadiyyatda canlanma yaranmasına nail olmaq təşkil etməlidir ki, buna isə birinci növbədə tikinti sektorunda nail olmaq lazımdır”.

İqtisadçı deyib ki, qeyri-neft sektorunun bütövlükdə inkişafı strateji məsələdir: “Hazırda Neft Fondundan transfert olmasa büdcə təşkilatlatlarında maaş və əhalinin pensiyalarını ödəmək mümkün deyil. Düzdür, 2016-cı ildə neftin qiyməti nə qədər düşsə də bu sahədə heç bir problem müşahidə edilməyəcək. Lakin, strateji planda bu məsələnin köklü şəkildə həll etmək tələb olunmaqdadır”.

 

Son xəbərlər
Digər xəbərlər