19 C
Baku
Friday, May 3, 2024

Pərviz Məmmədov: “Vətəndaşlara müqavilə mədəniyyətini aşlamaq lazımdır”

CLC hüquq şirkətinin rəhbəri Pərviz Məmmədovilə müsahibə sualları

Pərviz müəllim, şirkətinizə bank müştərilərindən çoxmu işlər daxil olur? Adətən müştərilərin hansı məsələlərlə bağlı hüquq şirkətlərindən yardıma ehtiyacları olur?

Şirkətimiz daha çox banklar və digər maliyyə təşkilatları ilə əmkdaşlıq edir. Vətəndaşlar əsasən borc verdikləri pul vəsaitlərini ala bilmədikdə bizə müraciət edirlər. Bunda əlavə topdan satışla məşğul olan şirkətlər də müraciət edirlər. Bildiyiniz kimi topdan satış şirkətləri əksər hallarda malı nisyə verirlər və daha sonra pulların toplanmasında çətinliklərlə üzləşirlər.

Sizin şirkət kollektor şirkəti kimi fəaliyyət göstərirmi?

CLC Hüquq Şirkəti artıq 7-ci ildir ki, xidmət sektorunda fəaliyyət göstərir. Kollektor fəaliyyəti bizim prioritet verdiyimiz istiqamətlərdən biridir və biz bu xidmətin çox böyük prespektivi olduğunu düşünürük. Məhz bunu nəzərə alaraq sırf kollektor xidmətlərinin göstərilməsi üçün yeni bir şirkət təsis edtdik  AZCOLL kollektor şirkəti və kollektor fəaliyyətimiz artıq ixtisaslaşmış bir şirkət olaraq həyata keiçiririk. Azcoll şirkəti müştərilərə tam kompleks kollektor xidmətlərini təqdim edir. Pre collection soft collection hard collection və legal collection mərhələləri üzrə xidmət göstəririk. Xidmətlərimiz təkcə Bakı şəhəri ilə məhdudlaşmır biz artıq Gəncə və Qubada kollektor qrupları formalaşdırmışıq. Banklara lizinq şirkətlərinə topdan satış şirkətlərinə  regionlarda da yüksək keyfiyyətdə xidmət göstəririk.

Oxucularımızın çox verdiyi suallardan biri zaminliklə bağlıdır. Fərz edək ki borclu şəxsin maliyyə problemləri vardır və o ödəniş edə bilmir, 2 zamini vardır. Müştərinin borcu qanunvericiliyə əsasən bu 2 zamin arasında necə bölünür?

Zaminliyin bildiyiniz kimi 2 növü vardır birgə zaminlik və subsidiar zaminlik əgər birgə zaminlikdirsə bu halda borc tam ödənilənədək hər iki zamin borclu ilə eyni dərəcədə öhdəlik daşıyırlar. Yəni zamin borcun 40-50%-ni ödədikdən sonra iddia edə bilməz ki borcun qalanını da digər zamin ödəsin və ya mən daha ödəniş etməycəyəm. Yox əgər subsidiar zaminlikdirsə bu halda əgər bir zamin ödəniş edirsə digər zamindən ödəniş tələb edilə bilməz.

Sizin formatda olan hüquq şirkətlərinin qanorar məsələsi necə olur. Çox insan məhz bu qiymətləri bilmədiyindən hüquq şirkətlərinə müraciətdən boyun qaçırır. İnterval şəklində heç olmasa qiymətlər haqqında məlumat verərdiniz.

Yuxarıda da qeyd etdiyim kimi biz artq 2 şirkət olaraq fəaliyyət göstəririk hüquq şirkəti və kollektor şirkəti və bunların hər birinin fərqli qiymət siyasəti mövcuddur. Kollektor şirkətinin qiymət siyasəti geri ödətdirilmiş borc məbləği əsasında qurulur və xidmət haqqları borc protfelinin xüsusiyyətlərinə görə 10-25% intervalında müəyyən edilir.  Yəni əgər müştərinin ay ərzində 1000 manat borcunu biz ona geri qaytarmışıqsa bu halda xidmət haqqı təxminən 100-250 manat arasında olacagdır.

Azərbaycanda məhkəməyə verilən bank müştərilərlə iş sxemini necə qiymətləndirərdiniz? Sistemdə bank müştəriləri ilə işdə hansı dəyişikliklər olsaydı daha yaxşı olardı?

Biz əlbəttə məsələyə bankların mənafei baxımından yanaşırıq. Burda müxtəlif təkliflər vermək olar məsələn:

Məhkəmə əmrlərinin çıxarılması praktikasının daha da genişlənməsi;

Məhkəmə qərarlarını icra etməyən müştərilərə qarşı daha ciddi tədbirlərin görülməsi;

İcra məmurlarının sosial təminatlarının gücləndirilməsi;

İcra şöbələrinin texniki imkanlarının genişləndirilməsi;

Sirr deyilk ki,əhalinin hüquq məsləhəti almaq prosesində baryer vardır – hər adam hüquqşünasa müraciət etmək istəmir (və ya eyni qaydada psixoloqa). Sizcə dövlət səviyyəsində , həmçinində hüquq kontoralarının ümumi səyləri nəticəsində hansı tip marifləndirmə işlərinin aparılması müsbət nəticə verərdi?

Vətəndaşlara daha çox müqavilə mədəniyyətini aşılamaq lazımdır. Müqavilə hazırlanması prosesi əslində bir çox problemlərin əvvəlcədən qarşısını alır və təcrübə göstərir ki aralarında müqavilə olan vətəndaşlar məhkəməyə müraciət etməkdə o qədər də maraqlı olmurlar çünki müqaviləni oxuyanda artıq anlayırlar ki kim haqlıdır kim haqsızdır.

Digər bir məsələ danışıqlar yolu ilə mübahisələrin həlli praktikasının genişlənidirlməsidir. Hər hansı marağı olmayan 3-cü şəxsin iştirakı ilə danışıqların aparılması məhkəməyə getmədən problemi daha qısa müddətə və daha az vəsaitlə həll etməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər